Logo

“Yay məktəbi” belə təşkil olunacaq - VİDEO

02.06.2021 12:16 1072 baxış
IMG

Uzun müddətdir davam edən pandemiya şəraiti təəssüf ki, təhsil sahəsindən də yan ötüşmədi. Bəzən ənənəvi, bəzən isə distant formada təhsil alan bəzi şagirdlərin öyrənməsində ciddi boşluqlar yarandı. Məhz bu boşluqları doldurmaq məqsədilə Təhsil Nazirliyi yeni bir addım atıb. Iyunun ortalarından etibarən bütün ölkə üzrə "yay məktəb"ləri fəaliyyət göstərəcək. Tamamilə ödənişsiz və könüllülük əsasında təşkil olunacaq yay məktəblərində nələr tədris olunacaq?

 

Xezerxeber.az bildirir ki, şagirdlər üçün yay məktəbləri təşkil olunacaq. Məqsəd məktəblilərin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaqdır. Ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəbləri 2 həftəlik müddəti əhatə edəcək.

 

Bu addım Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilən sorğuya əsasən atılıb. Vətəndaşlar arasında aparılan sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib. Nazirliyin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, bu məşğələlər müraciət edənlərin sayından asılı olaraq bir və ya iki növbəlilik əsasında olacaq.

 

Məşğələlər bütün ölkə ərazisini əhatə edəcək. Bunun üçün valideyn ərizə yazmaqla məktəb direktoruna müraciət edə bilər. Geyimlə bağlı tələbə gəlincə isə, yay məktəbi olduğu üçün burda hər hansı bir forma tələb olunmayacaq.

 

Şöbə müdiri bildirib ki, əsas fənlərlə yanaşı, digər məşğuliyyətlərin olması isə məktəblərin ixtiyarına buraxılacaq. Əgər məktəb özündə bu gücü hiss edərsə, inkişafetdirici məşğələlər də əlavə edilə bilər.

 

Qeyd edək ki, yay məktəbi 16-30 iyun tarixlərini əhatə edəcək.

 

https://daytube.az/az/embed/108061

Xəbər lenti