Logo

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olunan tələbələrin qeydiyyatı başa çatır

14.10.2020 13:19 669 baxış
IMG

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunan tələbələrin qeydiyyatı başa çatır.

 

Təhsil Nazirliyindən Tehsil.biz-ə bilirilib ki, bu gün saat 17:00-dək https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Xatırladaq ki, bu elektron portal vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Xəbər lenti