Logo

BDU tələbələri ICESCO-nun Beynəlxalq Aerokosmos Simpoziumunun sertifikatına layiq görülüblər

11.09.2025 16:50 39 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Qazaxıstanın Almatı şəhərində ICESCO və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən təşkil olunan Peyk Modeli Təlimi və Beynəlxalq Aerokosmos Simpoziumunda (“Model Satellite – CanSat Training Workshop & Aerospace Symposium”) uğurla iştirak ediblər.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən BDU tələbələri “CanSat” model peykini layihələndirərək hazırlayıblar. Dronla havaya qaldırılaraq yüksək məsafədən buraxılan “CanSat” havada olduğu müddətdə temperatur, təzyiq, yüksəklik kimi parametrləri ölçüb, səmada çəkiliş aparıb və onları qurğunun yaddaşına qeyd etməklə bütün məlumatları real vaxt rejimində Yer İdarəetmə Stansiyasına ötürüb. Sonra BDU tələbələri havada toplanan məlumatlar əsasında data analizlər və qrafiklər hazırlayaraq təqdimatla çıxış ediblər.

Sonda BDU tələbələri tədbirdə uğurlu iştiraka görə sertifikat və nişanla təltif olunublar.


 

Xəbər lenti