Logo

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

11.09.2025 14:47 43 baxış
IMG

Baş direktor vəzifəsini icra edən dosent Zaur İmraninin sədrliyi ilə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, Baş direktor vəzifəsini icra edən dosent Zaur İmranin iclasın gündəliyində duran məsələlərlə iştirakçıları tanış edib. O bildirib ki, institutun hazırladığı “Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı” kitabının siqnal nüsxəsi baxıldıqdan sonra onun müəyyən düzəlişlərlə çapa verilməsi qərara alınıb.

Təhsil şöbəsinin müdiri Müseyib Yunusov çıxışında dissertantların elmi mövzularının adlarının təsdiqində bəzi çətinliklərin olmasını diqqətə çatdırıb.

Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov “Coğrafiyanın müasir problemləri” kitabının çapa hazırlığının vəziyyəti haqqında məlumat verib.

Sonda Geoinformatika və kartoqrafiya şöbəsinin ümumtəhsil məktəblərinin 9-11-ci sinifləri üçün hazırladığı Coğrafiya atlasının çapa verilməsi müzakirədən sonra təsdiq edilib.

Xəbər lenti