“Şagirdlərin yerdəyişməsi prosesinə oktyabr ayında yenidən başlanacaq”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Nazir bildirib ki, spesifik hallarda, yəni şagirdin bir rayondan digər rayona gedib-gəlmə məsələsi olarsa, müraciətlərə şagirdlərin yerdəyişməsi prosesindən kənar baxıla bilər.