Logo

SABAH proqramının əhatə dairəsi daha da genişləndiriləcək

11.09.2025 12:00 41 baxış
IMG

SABAH proqramının əhatə dairəsinin 2025–2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək daha da genişləndirilməsi planlaşdırılır.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Nazir əlavə edib ki, yeni tədris ilindən ilk dəfə olaraq tələbələr SABAH qruplarına 1-ci kursdan qəbul ola biləcəklər.

Həmçinin ilk dəfə olaraq ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Xəzər Universitetində də SABAH qruplarının yaradılması nəzərdə tutulur.

Xəbər lenti