Logo

Direktorların işə qəbulunda yeni yanaşmalar tətbiq ediləcək

11.09.2025 11:27 49 baxış
IMG

Ümumi təhsil müəssisələrinə rəhbər heyətin işə qəbulu ilə bağlı yeni yanaşmalar tətbiq olunacaq.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Qeyd olunub ki, direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilib.

Vakant direktor vəzifələri müəssisələrin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq.

Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək.

Şagird sayı 500-dən çox olan müəssisələrə, eləcə də lisey və gimnaziyalara direktor seçimi zamanı:

⦁    ilk mərhələdə şagird sayı az olan müəssisələrin direktorlarının müsahibə nəticələrinə əsasən yerdəyişməsi nəzərdə tutulur;
⦁    növbəti mərhələdə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər arasında seçim aparılması nəzərdə tutulur;
⦁    daha sonra isə digər müəssisələrdə çalışan direktor müavinləri və müəllimlər üçün imkan yaradılacaq.


 

Xəbər lenti