Logo

Rusiyalı müğənni deportasiya edildi

27.01.2024 13:04 161 baxış
IMG

Rusiyalı müğənni Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.

Tehsil.biz xəbər verir ki, Qalkin "Prekrasnoye nedaleko" adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi, amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən "qara siyahı"da olduğu barədə məlumat verilib.

Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi ilə 2,5 milyon rupi arasında dəyişir.

Xəbər lenti