Logo

Belqradda anım tədbiri təşkil edilib - FOTO

27.01.2024 12:40 161 baxış
IMG

Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyində baş tutan tədbirdə diplomatlarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin əməkdaşları və bu ölkədə çalışan diaspor nümayəndələri iştirak ediblər.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev açıb. 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edən səfir bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi amansızlıqla törədilmiş hərbi cinayət xalqımızın əzmini qıra bilməyib. İgid oğullarımız və qızlarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə cinayətin təşkilatçılarına nümayiş etdiriblər.

O zaman Rusiya paytaxtında yaşayan ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi yada salınıb. Azərbaycanın Prezidenti seçildikdən sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, indi bütün şəhidlərimizin ruhunun şad olduğu diqqətə çatdırılıb.

Sonra həmin gecənin canlı şahidləri öz xatirələrini bölüşüblər.

Xəbər lenti