Logo

AMEA-nın 80 illiyinə həsr edilən elmi seminar keçirilib

29.10.2025 09:06 50 baxış
IMG

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsi, Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrası, Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş “Azərbaycanın elm məbədi” mövzusunda elmi seminar keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Əvvəlcə institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev AMEA-nın 80 illik yubileyinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu günün elmə töhfələr bəxş etmiş Azərbaycan alimlərinin günü olduğunu bildirib, milli elmimizin keçdiyi şərəfli yoldan bəhs edib.

Elmi seminarda, həmçinin “Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti”, “Səfəvilər Venesiya arxiv sənədlərində”, “Azərbaycan tarixinin beynəlxalq müstəvidə təqdimatı və bu prosesdə tərcüməçilərin məsul rolu” mövzularında məruzələr dinlənilib.

Sonda məruzəçilər Bakı Biznes Universitetinin tələbələrinin suallarını cavablandırıblar.

Xəbər lenti