Logo

Livanın Kavaşra kənd liseyinin direktoruna “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub - FOTO

19.01.2024 11:09 201 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov ölkəmizdə səfərdə olan Livanın Əkkar bölgəsinin Kavaşra kənd liseyinin direktoru İsmail Xaledlə görüşüb.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, görüş zamanı qonağın Livanda yaşayan türkmənlərin bir araya gətirilməsi, yerli cəmiyyətə inteqrasiyası və Azərbaycanın təbliği istiqamətində rolu yüksək qiymətləndirilib. Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı İsmail Xaledə təqdim edilib.

Qonaq fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, Azərbaycanın Livandakı səfirliyinin təşəbbüsü ilə Kavaşra kənd liseyinin şagirdləri arasında Azərbaycan-Livan münasibətlərinə həsr olunmuş inşa müsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müsabiqənin 3 qalibi 18–21 sentyabr 2023-cü ildə ölkəmizdə səfərdə olub. Həmin səfərdə şagirdləri liseyin direktoru İ.Xaled müşayiət edib.

Xəbər lenti