“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə keçirilən “Zəfərimiz əbədidir” adlı III regional intellektual yarışda Gəncə Dövlət Universitetinin (GDU) tələbələri qalib gəlib.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, respublika üzrə ali və orta ixtisas təhsil müəssisələri komandalarının iştirak etdiyi bilik yarışında suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.
Gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsi, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərin genişləndirilməsi məqsədilə keçirilən yarışda II Azərbaycan Texnologiya Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri tutub.
Sonda GDU-nun komandası kubok və fəxri fərmanla təltif edilib.