Mayın 14-də Türkiyə Maarif Vəqfi və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, “Bilim Maarif” atelyesi gənclərin texnoloji biliklərini inkişaf etdirmək və innovativ düşüncə tərzini təşviq etmək məqsədi daşıyır. Atelye müasir avadanlıqlarla təchiz olunub və tələbələrə robototexnika, proqramlaşdırma və süni intellekt sahələrində təcrübə qazanmaq imkanı yaradacaq.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə ilə Azərbaycan arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
T3 Fondunun direktorlar şurasının sədri Elvan Kuzucu “Bilim Maarif” atelyesinin gənclərə öz potensiallarını kəşf etmək üçün mühüm platforma olacağını bildirib.