Logo

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14.05.2025 17:00 92 baxış
IMG

7-13 may 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında milli komandamız uğurla çıxış edərək 2 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 6 medal qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Belə ki, Bakı şəhəri, 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər və Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov qızıl medal, Şəki şəhəri, Kimya- biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Fərrux Burzu və Ömər Əliməmmədzadə, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Əkbər Əhmədov gümüş medal qazanıblar.

Qeyd edək ki, 2023-cü ildən etibarən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 6 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar.

Xəbər lenti