Naxçıvanda peşə təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üçün Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq keçirilən müsabiqənin nəticələri açıqlanıb.
TƏHSİL.BİZ xəbər verir ki, müsabiqənin nəticələri ilə bağlı məlumat namizədlərin şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, işə qəbul müsabiqəsinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrindən 3 vakant direktor vəzifəsi çıxarılıb.