Logo

"Bir alimin yetişməsi üçün 20-30 il investisiya qoyulmalıdır"

07.05.2024 13:03 155 baxış
IMG

"Emin inkişafından danışarkən anlamalıyıq ki, bunun üçün ciddi bir zaman lazımdır və bir alimin yetişməsi üçün 20-30 il investisiya qoyulmalıdır".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, eyni sayda alimin müxtəlif formatlarda işinin təşkili sonda müxtəlif nəticələr verir:

“Belə bir formul yoxdur ki, Elm və Təhsil Nazirliyi iki il ərzində Azərbaycan elmini ən yüksək səviyyəyə qaldırsın. Bu səbəbdən bizim hazırda gördüyümüz işlər odur ki, bir neçə ali təhsil müəssisəsi ilə elmi müəssisələr arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu, ilk addımdır. Eyni zamanda, müfəssəl elmi bazalarımız toplanıb və müxtəlif elmmetrik jurnallarda çap olunan alimlərimizin data bazası var. Onun düzgün kombinasiyasını fikirləşirik. Eyni sayda alimin müxtəlif formatlarda işinin təşkili sonda müxtəlif nəticələr verir. Çox sadə şəkildə desəm, onların ayrı-ayrılıqda fəaliyyətindən birgə fəaliyyətləri daha yaxşı nəticələr verir. Bunu anlamışıq və dizayn etməyə çalışmışıq. Bizim ən vacib istiqamətlərimizdən biri də mövcud olan elmi potensialla ali təhsil müəssisələrimizin reytinqlərini əlaqələndirməkdir”.

Xəbər lenti