Logo

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

07.05.2024 10:44 143 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva və bir qrup əməkdaş Gəncə şəhərində elmi ezamiyyətdə olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Ezamiyyətdə məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək olub. Konfrans Gəncə Dövlət Universitetində təşkil olunub. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən elmi konfrans 3 gün davam edib.

Konfransın keçirildiyi müddət akademik Çingiz Cuvarlının doğum gününə təsadüf etdiyi üçün əməkdaşlar görkəmli akademikin məzarını da ziyarət ediblər.

Xəbər lenti