Logo

ABŞ-də yaşayan soydaşımız yeni beynəlxalq institut təsis edib

21.01.2024 09:32 170 baxış
IMG

ABŞ-də yaşayan soydaşımız yeni qurum – İnnovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM) təsis edib.

"Tehsil.biz"in məlumatına görə, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə Heyətinin sədri Vasif Eyvazzadənin təşəbbüsü ilə yaradılmış beynəlxalq institut müxtəlif sahələrdə peşəkarların və qurumların xüsusi təlim, araşdırma və qiymətləndirmə yolu ilə sertifikatlaşdırılmasını həyata keçirəcək. Fəaliyyət istiqamətləri innovasiya, strateji idarəetmə, şəhər idarəetməsi, mədəni irsin qorunması, biznes etikası, mədəni zəka, yaradıcı iqtisadiyyat və təhsilin idarə edilməsi, təhsil liderliyi, məktəb idarəetməsi və məktəb valideynliyi, müxtəliflik, bərabərlik və inklüzivlik kimi sahələri əhatə edəcək.

Təqdim olunacaq proqramların məzmununu təsdiqləmək məqsədilə ICICEM-in ekspertlər və nüfuzlu şəxslərdən ibarət Beynəlxalq Sertifikatlaşdırma Şurasının da yaradıldığı, bir sıra nüfuzlu beynəlxalq qurum və şirkətlərlə əməkdaşlığın nəzərdə tutulduğu bildirilib.

ABŞ-də yaşayan soydaşımız yeni qurum – İnnovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM) təsis edib.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə Heyətinin sədri Vasif Eyvazzadənin təşəbbüsü ilə yaradılmış beynəlxalq institut müxtəlif sahələrdə peşəkarların və qurumların xüsusi təlim, araşdırma və qiymətləndirmə yolu ilə sertifikatlaşdırılmasını həyata keçirəcək. Fəaliyyət istiqamətləri innovasiya, strateji idarəetmə, şəhər idarəetməsi, mədəni irsin qorunması, biznes etikası, mədəni zəka, yaradıcı iqtisadiyyat və təhsilin idarə edilməsi, təhsil liderliyi, məktəb idarəetməsi və məktəb valideynliyi, müxtəliflik, bərabərlik və inklüzivlik kimi sahələri əhatə edəcək.

Xəbər lenti