Logo

Çində məktəb yataqxanasında yanğın: ÖLƏNLƏR VAR

20.01.2024 09:25 180 baxış
IMG

Çinin mərkəzi Henan əyalətində məktəb yataqxanasında yanğın baş verib. Hadisə nəticəsində ölənlər var.

Tehsil.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın xəbərin aidiyyəti quruma daxil olmasından 38 dəqiqə sonra söndürülüb.

Faciə zamanı 13 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir.

Hazırda hadisənin səbəbi müəyyənləşdirilir. İstintaqa başlanılıb.

Xəbər lenti