Logo

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi əsərlər toplusu nəşr edilib

24.11.2025 12:21 32 baxış
IMG

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun elmi əsərlər toplusunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi buraxılışı nəşr edilib.

Nazirlikdən TƏHSİL.BİZ-ə bildirilib ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi buraxılışı nəşr edilib.

Toplunun yeni buraxılışında “İqtisadi fəaliyyət sahələri”, “Texnologiya, innovasiya və istehsal sahələri”, “Dayanıqlı inkişaf və iqlim siyasəti”, “Rəqəmsal iqtisadiyyat və süni intellekt”, “Maliyyə, fintek və risk idarəçiliyi”, “İnsan kapitalı, təhsil və əmək bazarı”, ”İcmal materialları” başlıqları altında ümumilikdə 28 məqalə dərc olunub.

Məqalələrdə “Konstitusiya və Suverenlik İli”nə uyğun olaraq, ölkəmizin iqtisadi inkişaf yolunda əldə etdiyi nailiyyətlər, aparılan islahatlar və qarşıda duran yeni çağırışların elmi təhlili aparılıb.

Qeyd edək ki, rüblük nəşr olunan “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusuna iqtisadiyyata aid Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir.

Toplunun yeni nəşri ilə tanış olmaq üçün link: https://bit.ly/48j2dQo

Xəbər lenti