Logo

Paytaxt məktəblərində maarifləndirici görüşlərə başlanılıb

08.09.2025 16:37 52 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün maarifləndirici görüşlərə başlanılıb.

BŞTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşdırılan görüş 163 nömrəli tam orta məktəbdə keçirilib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən görüş zamanı “Əməkdaşlıq müasir təlim konsepsiyası kimi” və “Müəllim-şagird-valideyn münasibətiləri - təhsildə uğurun üç guşəsi” mövzuları ətrafında geniş söhbətlər aparılıb. İştirakçılara əməkdaşlığın prinsipləri, təlim prosesinin effektivliyində rolu və tətbiqinin zəruriliyi, müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsilin keyfiyyətinə müsbət təsirləri barədə məlumat verilib.

Görüş zamanı müəllimlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulan görüşlərin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafına dəstək vermək, şagirdlərdə liderlik bacarıqlarının inkişafı üçün təhsilverənləri müasir metodlarla tanış etməkdən ibarətdir.

Xəbər lenti