Logo

Coğrafiya fənni üzrə hazırlıq kursunun beşinci məşğələsi keçirilib

31.03.2023 21:08 202 baxış
IMG

Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun beşinci məşğələsi keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

Moderator Nərminə Seyfullayeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun altıncı məşğələsi 7 aprel 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti