“Magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının qiymətləndirilməsi, yəni “speaking” mərhələsi tətbiq ediləcək”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “2024-ci il üçün ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili” ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, magistratura imtahanlarında iştirak edənlərin sayı 20 mindən çoxdur:
“Bu mərhələnin qiymətləndirilməsi üçün süni intellekt texnologiyalarından istifadə edilə bilər. Buna baxmayaraq, qiymətləndirmənin tam obyektiv olması üçün markerlərin iştirakı vacib sayılır. Əgər magistratura səviyyəsində bu mərhələ uğurla tətbiq olunsa, gələcəkdə digər aşağı pilləli imtahanlarda da “speaking” mərhələsi tətbiq edilə bilər. Danışıq bacarıqlarının imtahanla qiymətləndirilməsi mürəkkəb prosesdir və bunun üçün hazırlıq mərhələsi xüsusi əhəmiyyət daşıyır”.