ADA Universitetinə dövlət sifarişi ilə tələbə qəbulunun aparılması nəzərdə tutulur.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
O bildirib ki, indiyə qədər ADA Universitetində dövlət sifarişi ilə qəbul aparılmırdı: “Lakin bu ildən ADA Universitetinə dövlət sifarişi ilə tələbə qəbulu aparıla bilər”.