Logo

İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!

30.06.2025 10:56 139 baxış
IMG

Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

TƏHSİL.BİZ  xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 29 iyun tarixdən 2 iyul 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, tələblər aşağıdakı kimidir:

1. Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışması;

2. Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;

3. Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;

4. Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/BciQvbjKKzR4njDx7

Xəbər lenti