Logo

Fariz İsmayılzadə: Bağçaların tikinti qaydaları Bakının müasir urbanistikasına uyğun gəlmir

24.06.2025 15:06 54 baxış
IMG

Azərbaycanda 1-5 yaş arası uşaq sayı 650 min civarındadır və onların yalnız 120 mini dövlət uşaq baxçalarında təhsil alır. Uşaqların cəmi 35 %-i məktəbəqədər təhsilə cəlb olunur. Halbuki ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bu hədəf 50 %, BMT-nin qlobal hədəflərə uyğun olaraq isə 90 % olmalıdır.

TƏHSİL.BİZ  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ölkədə özəl bağçalar və dövlət-özəl tərəfdaşlığı üçün çox geniş imkan və fürsətlər var:

“Lakin əsas çətinliklərdən biri tikinti qaydalarıdır, daha doğrusunu desək, Nazirlər Kabinetinin 171 saylı qərarıdır ki, burada məktəbəqədər təhsil müəssisələrinin tikinti qaydalarında normativ qaydalar və lisenziya verilməsi tənzimlənir. Buradakı qaydalar və tələblər müasir dövrün xüsusilə Bakının müasir urbanistikasına uyğun gəlmir və bu da öz növbəsində özəl bağçaların yaradılmasında çətinlik yaradır.

Belə ki:

- 171 saylı qərar köhnə sovet dövrü normativlərinə əsaslanır, müasir tələblərə cavab vermir;

- Qərarda yalnız bir tip uşaq bağçası nəzərdə tutulur, bu da sahibkarlara uyğun şərait yaratmır;

- Normativlərin dəyişdirilməsi, beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına ehtiyac var;

- 2014 2024-cü illərdə tətbiq olunan vergi güzəştləri özəl bağçaların artımına səbəb olub (50-dən 155-ə). Güzəşt müddətinin uzadılmaması bu inkişafın qarşısını alır;

- Vergi güzəştlərinin bərpası və təşviqi tövsiyə olunur”.


 

Xəbər lenti