Logo

DİN-dən "Son zəng"lə bağlı xəbərdarlıq

13.06.2025 13:51 61 baxış
IMG

Daxili İşlər Nazirliyi “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət edib.

TƏHSİL.BİZ  xəbər verir ki, müraciətdə deyilir:

"“Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək. İctimai davranış qaydalarına əməl edin, bu sevincli günü təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edin.

Polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparacaq:

– Məktəblərin ətrafında nəzarət artırılacaq;

– Yol hərəkətinin təhlükəsizliyi təmin olunacaq;

– Dayanma-durma qaydalarına əməl olunmasına nəzarət gücləndiriləcək.

Valideynlərin diqqətinə çatdırırıq ki, sürücülük hüququ olmayan övladlarınıza avtomobil verməyin. Bu, həm qanunsuzdur, həm də təhlükəlidir". 

Xəbər lenti