Bakı Mühəndislik Universitetindən (BMU) inşaat mühəndisliyi ixtisasının məzunu Sadiq Nurəliyev İngiltərənin Mançester Universiteti, ABŞ-ın Şarlotta Şimali Karolina və Luiziana Dövlət universitetlərindən PhD dərəcəsi üzrə qəbul alıb.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. Akademik fəaliyyəti üçün ABŞ-ın Luiziana Dövlət Universitetini seçən BMU məzunu “İnşaat mühəndisliyi” proqramı üzrə tam təqaüdlə doktorantura təhsili alacaq, eyni zamanda, “Graduate Research”də assistant vəzifəsində çalışacaq. Ona təhsili üçün illik 60 min 672 ABŞ dolları məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, BMU-dan ixtisas birincisi kimi məzun olan Sadiq Nurəliyev magistratura təhsilini “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin struktur mühəndisliyi ixtisasında davam etdirib. O, burada təhsilini 5 üzərindən 4.39 ümumi ortalama ilə bitirib.