Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığına dair məlumata aydınlıq gətirilib.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.
Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bir müddət əvvəl bu mövzu ilə bağlı rəsmi açıqlama yayaraq bildirmişdi ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz.