Logo

İmtahanların nəticələri bu halda daha tez məlum ola bilər...

12.06.2025 12:14 133 baxış
IMG

“Yazı işlərinin yoxlanılması üçün səriştəli marker-müəllimlərə böyük ehtiyac var. Hazırda 1000–1200 marker olsa da, bu say kütləvi imtahanların yazı işlərini vaxtında qiymətləndirmək üçün kifayət etmir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində bildirib.

O qeyd edib ki, imtahanların nəticələrinin daha tez açıqlanması da markerlərin sayından asılıdır: “Say çoxaldıqca proses də sürətlənəcək. Marker olmaq istəyən müəllimlər üçün 2013-cü ildən etibarən kurslar təşkil olunur və müraciət edənlər imtahandan keçərək markerlər siyahısına daxil ola bilərlər. Müəllimləri bizimlə əməkdaşlığa dəvət edirəm”.

Xəbər lenti