Logo

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12.06.2025 17:21 73 baxış
IMG

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində sözügedən şirkət ilə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti