Logo

Paytaxt məktəbliləri yerli və beynəlxalq olimpiadalarda 89 medal qazanıblar

13.06.2025 12:11 59 baxış
IMG

Bakı məktəbliləri yerli və beynəlxalq olimpiadalarda böyük uğur əldə ediblər.

BŞTİ-dən TƏHSİL.BİZ -ə bildirilib ki, paytaxt məktəbliləri beynəlxalq olimpiadalarda 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc) qazanıb. Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub. Onlardan 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medala layiq görülüb.

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub.

Onlar ümumilikdə 89 medal qazanıblar. 

Xəbər lenti