Logo

UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb

12.06.2025 12:13 67 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiyanın hazırlanması təşəbbüsünü irəli sürüb. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, universitetlərin “Yaşıl universitet” modelinə transformasiyası bu gün əsas prioritetlərdən biridir: “Bu yaxınlarda Çində olduğumuz zaman bu sahədə tanınmış təşkilatlardan birini ziyarət etdik və orada təklif irəli sürdük ki, bütün dünya universitetləri üçün “Yaşıl universitet” modelinə keçidlə bağlı vahid metodologiya hazırlayaq”.
Rektorun sözlərinə görə, bu istiqamətdə qlobal yanaşmaya ciddi ehtiyac var.

Xəbər lenti