Logo

Universitetlər üçün qrant və maliyyələşmə mexanizmləri səmərəli olmalıdır – Nazir müavini

12.06.2025 11:55 113 baxış
IMG

“Azərbaycanda iki tədqiqat universitetinin yaradılması istiqamətində işlər davam etdirilir. Ancaq bu təşəbbüs yalnız bir qurumun fəaliyyəti ilə həyata keçirilə bilməz”

TƏHSİL.BİZ  xəbər verir ki,  bunu VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

Nazir müavini qeyd edib ki, bu, sistemli və kooperativ yanaşmalar tələb edən genişmiqyaslı bir təşəbbüsdür.

“Məqsəd universitetlər üçün daha səmərəli, dayanıqlı və nəticəyönlü maliyyələşmə mexanizmlərinin qurulmasıdır”, – deyə Həsən Həsənli vurğulayıb.

O əlavə edib ki, gələcəkdə xüsusilə  rəqabətin yüksək olduğu beynəlxalq akademik mühitdə fəaliyyət göstərəcək universitetlər üçün nəzərdə tutulan qrant və maliyyələşmə mexanizmləri səmərəli və davamlı olmalıdır.

Sonda Həsən Həsənli qeyd edib ki, növbəti mərhələdə bu istiqamətdə konkret nəticələrin olacağı gözlənilir: “Bu uğurları birlikdə qeyd edəcəyik. Ümid edirəm ki, müzakirələr faydalı nəticələr verəcək”.

Xəbər lenti