Logo

“Energy Talks” layihəsi çərçivəsində növbəti onlayn seminar keçirilib

12.06.2025 15:29 115 baxış
IMG

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə onlayn seminar təşkil edilib.

Tədbirdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, ADAU-nun rektoru Zəfər Qurbanov, eləcə də Agentliyin nümayəndələri, universitetin professor-müəllim heyəti, tədqiqatçılar, magistr və bakalavr tələbələri iştirak ediblər.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, seminarda çıxış edən EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Agentliyin “Energy Talks” layihəsi barədə danışaraq, layihə çərçivəsində ali təhsil ocaqları, xüsusilə energetika sahəsi üzrə ixtisaslarda kadr hazırlığı aparan universitetlərlə əməkdaşlıqda birgə tədbirlərin həyata keçirildiyini bildirib. Hər bir sahədə yüksəkixtisaslı kadrlara ehtiyac olduğunu deyən Samir Axundov Azərbaycanın gələcək inkişafında gəncliyin rolundan söz açıb. O, ADAU-nun məzunlarının gələcəkdə ölkəmizin energetika sahəsində uğurlarına öz töhfələrini verəcəklərinə inamını ifadə edib. Agentlik əməkdaşlarının təqdimatlarının iştirakçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirən Samir Axundov bu ilk tədbirin nəticəsi olaraq ADAU ilə əməkdaşlığın davamlı olmasını arzu edib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında “Energy Talks” layihəsi çərçivəsində növbəti seminarın ADAU ilə birgə təşkilinə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı danışan rektor Zəfər Qurbanov bu ali təhsil ocağında digər ixtisaslarla yanaşı, energetika üzrə bakalavr və magistratura səviyyəsində kadr hazırlığı aparıldığını bildirib. Rektor ADAU-nun beynəlxalq əlaqələrindən, eləcə də universitetdə professor-müəllim heyəti, tələbələr üçün yaradılan maddi-texniki imkanlardan söz açıb.

Tədbirdə EMTA-nın və ADAU-nun fəaliyyəti haqqında qısa videoçarxlar nümayiş etdirilib.

Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyevin “Yaşıl enerjiyə keçid: Enerji bazarında islahatlar” və Dövlət proqramları və strateji inkişaf şöbəsinin müdiri Rüstəm Mirzəlizadənin “Enerji səmərəliliyi: Kənd təsərrüfatında bioqazdan istifadə imkanları” mövzusunda təqdimatları ilə davam edib.

Sonda müzakirələr aparılıb.

Xəbər lenti