Logo

VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir

12.06.2025 11:14 72 baxış
IMG

İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı — ISCEMR-2025 öz işinə başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir UNEC, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın builki mövzusu “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”dir.
Tədbirdə 24 ölkədən 57 xarici tədqiqatçı iştirak edir. Konfransa təqdim olunan məqalələr arasından 224-ü seçilərək nəşr üçün qəbul olunub və həmin məqalələr əsasında “Dairəvi iqtisadiyyat” adlı kitab hazırlanaraq təqdim edilib.

Xəbər lenti