Logo

BMU-da 39 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı

13.06.2025 12:14 57 baxış
IMG

2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə (BMU) sənəd qəbulu ümumilikdə 39 ixtisas üzrə aparılır.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir https://beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/

Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıda qeyd olunan sənədləri portala yükləyərək müraciət göndərməlidirlər:

- Ali təhsil haqqında sənəd (diplom və ona əlavə PDF, JPG formatında);

- Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (PDF, JPG formatında).

Qeyd edək ki, təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərdən yenidən imtahan götürülmür. Onlarla müsahibə aparılır və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.

Xəbər lenti