İyunun 13-də Sumqayıt İdrak liseyində möhtəşəm "Son zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan dövlət bayrağinın səhnəyə gətirilməsi, dövlət himninin səsləndirilməsi və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
İdrak liseyinin təsisçi,pedaqoji elmlər doktoru,professor Mönsüm Alışov tədbir iştirakçılarını salamlayaraq tədris ilinin uğurlu nəticələrindən danışdı və liseydə təhsilini başa vuran məzunları təbrik edib gələcək həyatlarında uğurlar arzuladı.Daha sonra liseyin icraçı direktoru Xuraman Şabani tədris ilində görülən işlər barədə məlumat verərək,şagirdlərin yüksək nəticələr əldə etməsində xüsusi rolu olan müəllimlərə liseyin "Təşəkkürnamə"sini təqdim etdi.
Tədbirə dəvət olunmuş qonaqlardan Azərbaycan Respublikası Təhsil İşçilərinin Həmrəyliyi Alyansının icraçı direktoru Əmrah Həsənli, Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi Fikrət Kazımov çıxış edərək respublikada təhsil sahəsində dövlətin apardığı uğurlu siyasətdən və görulən işlərdən danışdılar.
Məktəb həyatının son,həyat məktəbinin ilk zəngini qarşılayacaq onbirincilər İdrak liseyində təhsillə yanaşı inkişaf etdirilən rəqs etmək,mahnı oxumaq,nitq söyləmək kimi bacarıqlarını nümayiş etdirərək tamaşaçıları sevinc və doğma liseydən ayrılıqdan doğan kədər hisslərinə bürüdülər.Birincilər öz mahnı və rəqs nömrələri ilə məzunlarımızı təbrik etdi.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanın birinci mərhələsində ən yüksək bal toplamış Zəhra Cavadovanın valideyni öz məmnuniyyətini bildirərək liseyin təsisçisi Mönsüm müəllimə,liseyin rəhbər heyətnə və müəllim kollektivinə dərin minnətdarlığını bildirdi.
Tədris ilinin son günü birlik ,mehribanlıq və həmrəyliyə səsləyən şən mahnı və rəqslərin ifası ilə sona çatdı.