Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb.
Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaq.
Qeyd edilib ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.
Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:
Qeyd: Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır.