Logo

Deputat: Gənclərimizi bacarıqlarını da tətbiq etməyə yönəltməliyik

17.06.2025 15:39 57 baxış
IMG

“Azərbaycan şagirdləri, həqiqətən də, çox bilikli və bacarıqlıdırlar”.
 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "BilBacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərək deyib. 

Deputat qeyd edib ki, şagirdlərin inkişafında müxtəlif müsabiqə və olimpiadaların rolu əvəzsizdir:

“Bu gün çoxsaylı bilikli gənclərimiz var, lakin həmin biliyi ifadə etmək bacarığı hər kəsdə olmaya bilər. Biz gənclərimizi yalnız biliyin deyil, həm də bacarıqlarının tətbiqinə yönəltməliyik. Müasir dövrdə müəssisələr əsasən səriştə tələb edir. Buna görə də şagirdlərimiz daim öz üzərində çalışmalı, bilik, bacarıq və yaradıcılıqlarını inkişaf etdirməlidirlər”.

Ceyhun Məmmədov əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir:

“Bilik həm də gücdür. Əgər sən biliklisənsə, deməli, güclüsən. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bu cür müsabiqələr bacarıqlı gənclərin vaxtında aşkar olunması və istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.


 

Xəbər lenti