Logo

Həbib Kərimov: Bütün şəxslərin təhsilə cəlb olunması üçün işlər aparılır

17.06.2025 15:46 56 baxış
IMG

Elm və Təhsil Nazirliyi bütün şəxslərin təhsilə cəlb olunması üçün işlər aparır.

TƏHSİL.BİZ "Report"a istinadən xəbər verir ki, bunu Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əqli və fiziki məhdudiyyətli şəxslər üçün təhsilin təşkili tədbirləri davam etdirilir:

"Həmin şəxslərin peşə məktəblərində və kolleclərdə təhsillərini davam etməsi üçün işlər görürük. Eşitmə qabiliyyəti qismən məhdudlaşan 7-8 nəfər, eşitmə qabiliyyəti tam məhdud olan 30-dan çox məzun müxtəlif kolleclərdə fəaliyyətlərini davam etdirir. DİM-in imtahanlarında 596 bal toplayan görmə qabiliyyəti məhdud olan şəxslər ölkədəki ən yaxşı universitetlərdə təhsil alır.

Bundan başqa, hazırda eşitmə qabiliyyəti tam və qismən məhdudiyyətli müəssisələrdə təhsil alan şagirdlərin sayı müvafiq olaraq 171 və 551 nəfər təşkil edir. Görmə qabiliyyəti tam və qismət məhdud olan şəxslər üçün fəaliyyət göstərən xüsusi müəssisələrdə isə 308 nəfər şagird təhsilə cəlb olunub".

Nazirlik rəsmisi əlavə edib ki, həmin şagirdlərin müxtəlif yarışlarda beynəlxalq arenaya çıxmaları onların cəmiyyətə inteqrasiyası üçün önəmli addımdır.

Xəbər lenti