Logo

Emin Əmrullayev: 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir

24.06.2025 15:05 55 baxış
IMG

"İki ilə 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir".

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, son üç ildə Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi kimi fəaliyyət göstərməsi, aparılan tədqiqatların nəticələrinin artması, eləcə də xarici tələbə və müəllimlərin sayındakı artım nəticəsində 6 universitet dünyanın ən yaxşı 1000 ali məktəbi sırasına daxil olub.

“Bu, mühüm göstəricidir. Əlimizdə olan rəqəmlər göstərir ki, növbəti 2-3 il ərzində bu yaxşılaşma davam edəcək. Amma dəqiq nəticələri gələn il biləcəyik. Gözləntimiz müsbətdir”, – deyə Emin Əmrullayev vurğulayıb.

Xəbər lenti