Logo

ADPU-da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24.06.2025 16:55 56 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Code for Future” layihəsinin 2024-2025-ci tədris ili üzrə bağlanış tədbiri keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Tədbirin açılışında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov gələcəyin müəllimlərinin innovativ bilik və bacarıqlara yiyələnməsinin ölkənin təhsil strategiyasına verdiyi töhfəni vurğulayıb.

Sonra layihə rəhbəri Nəzrin Əliyeva cari tədris ili üzrə həyata keçirilmiş fəaliyyətlər və əldə olunan nəticələrlə bağlı təqdimat edib. O bildirib ki, layihədə tədris ili üzrə ümumilikdə 222 tələbə iştirak edib, təlimlərdə 84 faiz ümumi performans və 93 faiz davamiyyət qeydə alınıb. Tədris ili müddətində 7 dərsdənkənar tədbir təşkil olunub.

Tədbirin sonunda layihənin məzunlarına sertifikatlar təqdim edilib.

“Code for Future” layihəsi gələcəyin müəllimlərinin informatika fənninin tədrisində daha innovativ və effektiv yanaşmaları öyrənməsini, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsini hədəfləyən təşəbbüsdür. Layihə çərçivəsində tələbələrin həm texniki bilikləri, həm də praktiki bacarıqları gücləndirilir, onlarda tədris prosesində yeni texnologiyalardan istifadə etmək vərdişləri formalaşdırılır.

Xəbər lenti