Logo

Humanitar Kollecdə “Məzun günü” keçirilib

24.06.2025 16:53 50 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə “Məzun günü” tədbiri baş tutub.

TƏHSİL.BİZ  xəbər verir ki, kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. O, kollecin zəngin tarixi, dəyərləri və məzunlarının bu ənənələri yaşatmaqda rolunu vurğulayıb: “Siz 87 illik tarixə malik Humanitar Kollecin yetirmələrisiniz. Hər biriniz bu təhsil ocağından bir parça aparırsınız və onun ruhunu sabaha daşıyırsınız”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da məzunlara xoş arzularını çatdırıb. O, Humanitar Kollec məzunlarının universitetə qəbul sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib: “Məzunlarımızın bir çoxu artıq ali təhsildə öz yollarına davam edirlər. Onların tədbirlərdə, konsertlərdə fəal iştirakı və uğurları bizə qürur verir”.

Tədbirin bədii hissəsində aparıcı Toğrul Qasımovun çıxışı, Aydın Quliyevin ifasında səslənən “Məzunlar” repi və DJ Azərin təqdim etdiyi musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə bayram ab-havası qatıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində ADMİU nəzdində Humanitar Kolleci ümumilikdə 219 tələbə bitirib.

Xəbər lenti