Bu il 72 peşə təhsil müəssisəsinin 17 566 tələbəsi məzun olub. Bu barədə TƏHSİL.BİZ -ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.
Qurumdan bildirilib ki, 2024-2025-ci tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin məzun olan tələbələrinin 1601 nəfəri ilk peşə təhsili, 15571 nəfəri texniki peşə təhsili, 394 nəfəri yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.
Qeyd edək ki, bu gün ölkənin bütün peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilir.