Ümumtəhsil məktəblərində “Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminarlar keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən Bakı şəhəri üzrə 1, 7, 8, 49, 44 saylı ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoji heyət üçün “Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminarlar təşkil edilib.
19-25 iyun tarixlərində baş tutan seminarların əsas məqsədi şagirdlər arasında narkomanlığın yayılmasına qarşı beynəlxalq təcrübəyə istinad etməklə müəllimləri narkotik vasitələr və psixotrop maddələrdən istifadə zamanı təhsilalanlarda yaranacaq fəsadlar barəsində düzgün maarifləndirilməsi, erkən müdaxilə yollarının öyrədilməsi olub.
Seminar iştirakçılarına “Psixoaktiv maddələrdən istifadənin risk amilləri”, “Asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər”, “Psixoaktiv maddələrdən istifadə zamanı yaranan fizoloji əlamətlər və emosional davranış dəyişikliklərinin erkən aşkarlanması”, “Absinent sindiromu”, “Məktəblilərin PAM-dan istifadəsinin qarşısını almaq məqsədi ilə atılacaq ilkin addımlar” kimi mühüm mövzular tədris olunub.
Qeyd edək ki, seminarların ARTİ tərəfindən digər ümumi təhsil müsəssisələrində də təşkili nəzərdə tutulur.