Logo

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

03.07.2025 08:48 72 baxış
IMG

İyulun 2-də Heydər Əliyev Sarayında “SABAH-ın məzunu 2025” tədbiri keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək SABAH qruplarının Azərbaycanın təhsil sistemində keyfiyyətin artırılmasına yönəlmiş mühüm təşəbbüs olduğunu söyləyib. O qeyd edib ki, bu layihə çərçivəsində yetişən gənclərin bilik və bacarıqları ölkəmizin gələcək inkişafı üçün töhfə verəcək.

Daha sonra SABAH məzun tədbirinin ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Tədbirdə çıxış edən SABAH Məzunlar Assosiasiyasının sədr müavini Mirgünay Bayramova yeni qurumun fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında danışıb.

Mərasimdə SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH qrupları” layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.

 

 

 

 


 

Xəbər lenti