Logo

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

02.07.2025 16:03 73 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, liseyə qəbul olmaq üçün 2551 nəfər müraciət edib. İmtahanın nəticələrinin iyulun 7-də açıqlanacağı gözlənilir.

“Gənc istedadlar” liseyi ölkənin ən yaxşı təhsil müəssisələri sırasındadır. Liseyin şagirdləri hər il beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda önəmli yerlər qazanırlar.

Xəbər lenti