Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi müsabiqə və olimpiadalarda (respublika fənn olimpiadası, məktəblilərarası fənn müsabiqəsi) qızıl (I yer), gümüş (II yer), bürünc (III yer) qazanmış V-XI sinif şagirdlərinin (Azərbaycan və rus bölməsi) müsabiqədənkənar qəbulunu həyata keçirir.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qəbul prosesi bu il iyulun 7-dən 20-dək davam edəcək.
Ünvan: Bakı şəhəri, Əhməd Cəmil küçəsi 41a
Əlaqə üçün telefon: (012) 510-74-54; (070) 313-37-20