Logo

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

02.07.2025 13:09 66 baxış
IMG

24-25 sentyabr tarixlərində Bakıda ilk dəfə keçiriləcək “Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində çıxış edəcək spikerlərin növbəti siyahısı elan olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammit Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education qlobal reytinq agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunur.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq nüfuzlu elm və ali təhsil eksperti, universitet rəhbərləri və siyasət formalaşdırıcıları çıxış edəcək.

Spikerlərin siyahısı ilə tanış olmaq üçün: https://www.timeshighered-events.com/.../4647193/speakers 

Sammit barədə ətraflı məlumat və qeydiyyat üçün: https://www.timeshighered-events.com/.../464.../book-tickets

 


 

Xəbər lenti